IQNA

Məscidin açıq qapısı Trampın irqçi siyasətinə qarşı

8:22 - July 19, 2019
Xəbər sayı: 3485538
Amerikanın Tennessi əyalətinin Antiyak (Antioch) şəhərinin İslam Mərkəzinin məscidi (Islamic Center of Tennessee) bu ibadət ocağının qapılarını bütün dinlərin davamçılarının üzünə açıq elan edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Tennessi əyalətinin İslam Mərkəzinin məscidi (Islamic Center of Tennessee) ABŞ prezidenti Donald Trampın irqçi və anti-İslam təbliğatının qarşısını almaq və təsirini zəiflətmək və habelə cəmiyyətin müsəlmanlar barədə yanlış önfərzləri və təsəvvürlərini islah etmək üçün "açıq qapı" proqramını icra edib.  

Amerikanın Tennessi əyalətinin Antiyak (Antioch) şəhərinin İslam Mərkəzinin məscidi bu ibadət ocağının qapılarını bütün dinlərin davamçılarının üzünə açıq elan edib.  

Məscidin bu addımının həfədi İslam barədə insanlara doğru ümumi anlayış vermək, Amerikanın prezidenti Donald Trampın sosial şəbəkədə müsəlmanlar və miqrantlar barədə paylaşdığı islamofob və irqçi təbliğatına qarşi mübarizə aparmaqdır.

ABŞ prezidenti Donald Tramp son günlərdə ölkə konqresinin müsəlman nümayəndələrini təhqir edərək onların öz vətənlərinə qayıtmasını istəyib. Bu dörd nümayəndə ki, onların ikisi müsəlmandır, öncədən Trampın irqçi siyasətini pisləmişdilər.

Tennessi İslam Mərkəzinin rəisi və camaat imamı Ənvər Ərəfat bu barədə deyib: Trampın sosial şəbəkələrdə islamofob və irqçi çıxışlarının cəmiyyətin zehnində İslam barədə yaradacağı yanlış və qara təsəvvürdən nigaranıq. Hər kəs öz əqidəsini bəyan etməkdə azaddır. Amma insanları dininə və irqinə görə dışlamaq insani dəyərlərə ziddir. Buna görə bütün dinlərin davamçılarını öz məscidimizə dəvət etmişik ki, dinimizin həqiqətləri ilə onları tanış edək.  

http://iqna.ir/fa/news/3828131/

captcha