İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qərb ölkələrindən olan 50 tanınmış şəxsiyyət BMT - Birləşmiş Millətlər Təşkilatına Nigeriya Şiə İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşməsi və sağlamlıq böhranı yaşaması ilə bağlı məktub yazıblar.
Məktubu qərb ölkələrinin siyasət, təhlükəsizlik, insan hüquqları, akademik, hərbi, iqtisadi, media və dini sahələrdə məşhur və tanınmış çöhrələri imzalayaraq BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibinə göndəriblər.
Beynəlxalq İnsan Haqları Təşkilatının bəyaniyyəsinə istinadla yazılmış bu məktubda BMT (Birləşmiş Millətlər Təşkilatı) məsullarından Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzakinin sağlamlığı və Nigeriyanın qeyri-demokratik hakimiyyətinin zülmünə məruz qalan müsəlmanların vəziyyəti ilə ən tez zamanda maraqlanmaları tələb edilib.
Qərbli şəxsiyyətlərin BMT (Birləşmiş Millətlər Təşkilatı) üçün yazdıqları məktubun İngiliscə mətnini qarşıdakı linkdə oxuya bilərsiniz: http://iqna.ir/files/fa/news/1398/4/28/1393469_479.pdf