IQNA

Şeyx Zəkzaki müalicə üçün Hindistana yola düşüb

23:10 - August 12, 2019
Xəbər sayı: 3485682
Nigeriya hökuməti axır ki, ölkə şiələrinin rəhbəri Şeyx Zəkzaki və onun həyat yoldaşının Hindistana müalicə üçün getməsinə icazə verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Nigeriya hökuməti axır ki, ölkə şiələrinin rəhbəri Şeyx Zəkzaki və onun həyat yoldaşının Hindistana müalicə üçün getməsinə icazə verib. 

Şeyx Zəkzaki və onun həyat yoldaşı bu gün Abuca hava limanından təhlükəsizlik qüvvələrinin nəzarəti altında Hindistana yola salınıb. 

Qeyd edək ki, Nigeriya hökuməti bir neçə gün öncə Şeyx Zəkzakinin Hindistanda müalicəsi  üçün ağır şərtlər irəli sürmüşdü.

Xatırladaq ki, avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.

17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib. Məhkəmə iki dəfə təxirə salınıb və növbəti məhkəmənin bu gün keçirilib.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilib. Onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.
captcha