IQNA

BAT səudların Yəmən zindanına hücumu barədə təhqiqatın aparılmasını istəyib

20:46 - September 03, 2019
Xəbər sayı: 3485767
Beynəlxalq Amnistiya Təşkilatı ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənə qarşı qanlı hücumunu pisləyərək, bu hücumu cari milad ilində Yəmənə qarşı ən ölümcül hücum adlandırıbdır.

Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda əlavə edib: Ərəb koalisiyasının Yəmənin Zumar əyalətinin Əlməqsuf zindanına qarşı hava hücumu onun tamamilə dağılmasına və onlarla məhbusun öldürülməsinə səbəb olub.

Bu təşkilat Əlməqsuf zindanına qarşı qanlı hücum barədə təhqiqata təkid edərək, dünya ictimaiyyətinin Yəmən savaşında beynəlxalq hüquqların intensiv şəkildə pozulmasına son qoymağa çalışmasını istəyibdir.

Bu insan haqları təşkilatı həmçinin həmin cinayətin amillərinin cəzalandırılmalarını, eləcə də bu hadisə qurbanlarına kompensasiyanın ödənilməsini istəyibdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi bazar günü axşamçağı yaydığı hesabatında bildiribdir ki, ərəb koalisiyasının Yəmənin Zumar əyalətinin Əlməqsuf zindanına qarşı hava hücumunda yüz nəfər ölübdür.

Sahartv

Teqlər: BAT ، yəmən ، iqna ، qızıl xac
captcha