IQNA

Seyid Həsən Nəsrullah: Ali-Səud rejimi ömrünün sonuna çatıb

6:08 - September 23, 2019
Xəbər sayı: 3485858
HİZBULLAH-ın baş katibi Seyid Həsən Nəsrullah deyib: Ali-Səud rejimi ömrünün son günlərini yaşayır və Ərəbistanın indiki məsullarının preformansı bu son günlərin ötüb keçməsini daha da sürətləndirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın İslam Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nəsrullah deyib: Ali-Səud rejimi ömrünün son günlərini yaşayır və Ərəbistanın indiki məsullarının preformansı bu son günlərin ötüb keçməsini daha da sürətləndirir.

Dünya Müsəlmanlarının Mənəvi Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənablarının əsərlərinin qorunması və nəşri dəftərxanasının ümumi əlaqələr şöbəsinə müsahibə verən HİZBULLAH lideri özünün Ayətullah Üzma İmam Xamenei ilə əlaqələrindən və İslam İnqilabı Rəhbərinin region məsələlərinin həllindəki həkimanə tövsiyələri, ciddi qərarları və təsirli rolundan danışıb.  

HİZBULLAH lideri Suriyanın bəzi məsələləri və İran İslam Respublikasının bu məsələdəki rolundan danışaraq vurğulayıb: Biz müxalif qüvvələrə siyasi həll yollarını təklif etdik. Amma onlar Suriya rejiminin tezliklə yıxılacağını iddia edərək tələsik hərbi müdaxilə yolunu seçdilər, hədəfləri isə Suriya hakimiyyətini məhv etmək idi, əlbəttə ki səhv etdilər. Biz də bu məsələdə hərbi gücə əl atdıqda artıq qarşımızda heç bir alternativ çıxış yolu qalmamışdı.

Seyyid Həsən Nəsrullah əlavə edib: Dörd il öncə Ərəbistan Yəmənə hücum edəndə Məscidul-Həramın xətibi dedi ki, Yəmən döyüşü Əhli-Sünnə və Şiələrin müharibəsidir. Onlar bu fitnəni Suriyada da icad etmək istəyirdilər. Amma şiə və sünnilər arasındakı uzun illərin səmimi əlaqəsi və İran İslam Respublikasının bu yöndə səyləri nəticəsində düşmən bu fitnəni həyata keçirə bilmədi və əhli-sünnənin böyük əksəriyyəti Suriya və İraqda müqavimət cəbhəsinə qoşularaq onlara qarşı döyüşdülər. Hətta regiondan yaşayan digər dinlərin ardıcılları da xalq komitələri yaradaraq müqavimət cəbhəsinə kömək etdilər. Bunun mənası isə ümmətin məsuniyyəti və toxunulmamazlıqı deməkdir. Buna görə də bir gərək Amerikaya qarşı müqaviməti, region xalqlarının müdafiəsini və Fələstinə dəstək məsələsini gücləndirək.

Regionda fitnə yaratmaq istəyən güclərin İran və Fələstin məsələsində şayiə yayaraq zehnlərdə "nə üçün şiə İran sünni Fələstinə kömək etməlidir?" şübhəsini yaratması məsələsinə işarə edən Seyid Həsən Nəsrullah vurğulayıb: Fələstin dövlətinin və İslam İnqilabının düşmənləri sünni camaat əleyhinə təbliğat aparırlar. Bizim və müctəhidlərimizin bu məsələdə müqavimətin ilk günlərindən və Fələstinin sionist rejim tərəfindən işğal olduğu zamandan mövqemiz Fələstini dəstəkləmək olub. Hətta bəzi müctəhidlərimiz göstəriş vermişdilər "şəri vücuhat"ın (xüms, zəkat) bir hissəsi Fələstinin müqavimət güclərinə göndərilsin.

O əlavə edib: Fələstin müqavimət güclərinin sünni və hətta bəzən qeyri-müsəlman olmasına və habelə müctəhidlərimizin "imam malı" məsələsində ciddi ehtiyatlı davranışlarına rəğmən, yenə də bunun bir qisminin müqavimətə ayrılması barədə fətva vermələri bizim müctəhidlərimizin yüksək bəsirət və müdrikliyinin göstəricisidir.

Seyid Həsən Nəsrullah Ayətullah İmam Xameneinin "yer kürəsində Fələstinin haqq olduğu qədər şəffaf bir məsələ yoxdur" kəlamına işarə edərək deyib: Düşmənlərin müxtəlif yollardan istifadə edərək bizi Fələstinə dəstək verməkdən uzaqlaşdırmaq cəhdləri heç vaxt baş tutmadı. Onlar Fələstinli cavanlardan intiharçı hazırlayaraq şiələrin üzərinə terror hücumu etdirdilər, amma bu məsələ bizi aldatmadı. Bizi yoluzumu davam etdirdik. Bu məsələ bir həqiqətdir, bütün müsəlmanlar, biz (müqavimət gücləri) və İran İslam Respublikası bu barədə öz İlahi təklifimizə və şəri vəzifəmizə əməl etməliyik.       

http://iqna.ir/fa/news/3844112

captcha