İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sionist İsrail rejimi cari ilin (2019) ilk ayından indiyədək Qəzza sakini olan 100 nəfərdən çox Fələstinlini həbs edib.
Bu barədə dünən, həftənin Bazar günü, 22 Sentyabr 2019-cu il, Fələstinli Əsirlərin İşi Üzrə İşçi Əbdünnasir Fərvanə mətbuat konfrnasında məlumat verib.
O, bu insanların müxtəlif bəhanələrlə həbs edildiyinə işarə edərək vurğulayıb: Həbsdə olan Fələstinlilərdən bəziləri Qəzza sahilində balıq ovlayarkən həsb ediliblər. Bir qrup insan da "sərhəd" adlanan xətti keçərkən saxlanılıb. Digər bir qrupu isə Beyt-Hanun keçid məntəqəsindən keçərkən həbs ediblər.
Fərvanə əlavə edib: Burada yaşayan heç bir Fələstinli həbs edilməyəcəyinə zəmanət verə bilməz. Buna görə də vətəndaşlarımız İsaril muzdurları ilə üzləşmək və təhlükəni azaltmaq üçün yollar axtarmalıdırlar.