IQNA

"Hizbullah"ın qurucularından olan Əli Əkbər Möhtəşəmipur vəfat edib

10:11 - June 08, 2021
Xəbər sayı: 3490005
Livan İslami Müqavimət Hərəkatının (Hizbullah təşkilatı)) qurucularından biri sayılan İranın sabiq daxili işlər naziri Höccətul-İslam vəl-müslimin Seyid Əli Əkbər Möhtəşəmipur bu gün vəfat edib.

Livan İslami Müqavimət Hərəkatının (Hizbullah təşkilatı)) qurucularından biri sayılan İranın sabiq daxili işlər naziri Höccətul-İslam vəl-müslimin Seyid Əli Əkbər Möhtəşəmipur bu gün vəfat edib.

Hizbullah təşkilatınln banilərindən olan Seyid Əli Əkbər Möhtəşəmipur dünyasını dəyişib. Son illər Nəcəfdə yaşayan Möhtəşəmipur koronavirusa yoluxmuş və xəstəliyi ağır keçirdiyi üçün Tehrana gətirilərək xəstəxanaların birinə yerləşdirilmişdi.
Suriyada səfir işlədiyi müddətdə Hizbullah təşkilatının yaranması və güclənməsində fəaliyyətinə görə 1984-cü ildə o terror edilir.
Bir qolunu itirən və ağır yaralanan Möhtəşəmipurun terrorunun arxasında kimin dayandığı 2018-ci ildə İsrailin məşhur hərbi analitiki və jurnalisti Ronen Berqmanın "Qalx və birinci öldür" kitabının nəşr olunması ilə məlum olmuşdur.
Berqmanın yazdığına görə Mossadın o zamankı şefi Nahum Admoninin Möhtəşəmipurun sui-qəsdi edilməsi planını birbaşa İsrailin o zaman baş naziri olan İshaq Şamir imzalamışdır.

Qeyd edək ki, koronavirusdan ölən Seyid Əli Əkbər Möhtəşəmipurun 75 yaşı olub. /iqna

captcha