IQNA

Kanadada müsəlmanlara qarşı vəhşilik: Üç günlük matəm elan olundu

12:17 - June 08, 2021
Xəbər sayı: 3490011
Şəhər meri hadisə ilə bağlı müsəlman icmasının nümayəndələri ilə görüşüb. O, insidenti müsəlmanlara yönəlmiş kütləvi qətl adlandıraraq, bunun səbəbini ağlasığmaz nifrətlə izah edib.

Hayd Park ərazisində gənc sürücü avtomobilini qəsdən müsəlman ailənin üzərinə sürüb. Nəticədə bir nəfər yerindəcə, üç nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra həlak olub. Ailənin yalnız 9 yaşında bir övladı sağ qalıb. Onun aldığı zədələrin həyatı üçün heç bir təhlükə törətmədiyi bildirilib.

Şəhər meri hadisə ilə bağlı müsəlman icmasının nümayəndələri ilə görüşüb. O, insidenti müsəlmanlara yönəlmiş kütləvi qətl adlandıraraq, bunun səbəbini ağlasığmaz nifrətlə izah edib.  

Hadisə ilə bağlı Londonda üç günlük matəm elan olunub, dövlət bayraqları endirilib.

Cinayəti törədən 20 yaşlı şəxs isə dərhal saxlanılıb. Şəhər polis idarəsinin rəisi məsələ ilə bağlı ilk açıqlamasında bəyan edib ki, cinayət qəsdən və dini zəmində törədilib.

Bələdiyyə sədri “Twitter” hesabında Müsəlman icmasının nümayəndələri ilə görüşdüyünü və onlara başsağlığı verdiyini yazıb. Qeyd edib ki, müsəlmanlar bundan sonra şəhərdə özlərini təhlükəsiz hiss edə biləcəklərinə əmin olsunlar.

“Biz hesab edirik ki, cinayət qəsdən törədilib. Hücum qurbanların müsəlman olduqları üçün baş verib”, - deyə o bildirib.  

Hazırda hadisənin motivləri və digər təfərrüatları araşdırılır. /iqna/

 

captcha