IQNA

İran səfiri Ağdam Cümə məscidində namaz qıldı

20:48 - June 13, 2021
Xəbər sayı: 3490054
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla tanış olublar.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) “Report”a istinadən xəbər verir ki, diplomatları Ağdama səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Diplomatlarа Ağdam şəhərinin baş planı və şəhər ətrafında qurulacaq bağlar haqqında məlumat verilib.

Tədbir iştirakçıları həmçinin Ağdamda həyata keçiriləcək “ağıllı” və “dayanıqlı” şəhər və ictimai nəqliyyat, eləcə də “ağıllı” və “dayanıqlı” sosial infrastruktur layihələri barədə məlumatlandırılıb.

Diplomatik korpusun nümayəndələri səfər çərçivəsində Əsgəran yolunda, Ağdam Dövlət Dram Teatrında və Ağdam şəhərində yerləşən Cümə məscidində olublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, həmçinin ermənilərin Ağdam şəhərində, o cümlədən Cümə məscidində törətdiyi vəhşiliklərdən və dağıntılardan danışıb.

İran səfiri Seyyid Abbas Musəvi və səfirliyin nümayəndələri Cümə məscidində namaz qılıblar.

captcha