IQNA

Müqaviməti İmam Musa Sədr livanlıların ürəyində əkdi

11:48 - September 01, 2021
Xəbər sayı: 3490634
"O, müsəlmanlarla xristianların tolerant yaşaması üçün çalışırdı, dinlərin vəhdətinə inanırdı və deyirdi ki, dinlər hamısı xeyir işlərə və dərin humanitar əlaqələrə dəvət edir."

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın sabiq baş nazirinin korrupsiyaya qarşı mübarizə üzrə müşaviri "Nicolas Tueny" ötən gün, 31 Avqust 2021-ci il, İmam Musa Sədrin oğurlanmasının 94-cü ildönümü münasibəti ilə bu iranəsilli dini mütəfəkkirin fərdi xüsusiyyətləri və düşüncələri barədə IQNA-ya müsahibə verib.

O müsahibəsində deyib: "İmam Musa Sədrin müqavimət və mübarizə düşüncəsi bütün Livan xalqının ürəyində kök salmışdı.

İmam Musad Sədr, sionist düşmənlə mübarizə, müqavimət və yoxsullara kömək ruhunu ölkədə yaşayan bütün tayfaların qəlində əkmişdi.

O, zəngin elm və bilik və İslami fiqhə sahib və insanların sosial problemlərindən agah olduğu üçün bütün ömrü boyu zəiflərin və yoxsulların köməyinə tələsdi. Buna görə də tarixi bir rəhbər kimi yadlarda qaldı. Çünki öz aydın təfəkkürü, söz və işinin qiymətini ödəmişdi.

İmam Musa Sədri digər din alimlərindən fərqləndirən cəhət budur ki, o, milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir kəsi sevə bilirdi. İnsanlarla elə davranırdı ki, sanki hər kəs onun ailəsinin bir üzvü, ya millətindən, dinindən və məramından olan kəslərdən biridir.

Bu böyük imam, Livanın bütün region və regionlarda yaşayan tayfaları üçün əndişəli idi, ölkədə yaşayan bütün tayfa və millətlərin bütün hüquqlarını müdaifə edirdi və özünü xüsusi bir tayfaya aid etməmişdi.

O, müsəlmanlarla xristianların tolerant yaşaması üçün çalışırdı, dinlərin vəhdətinə inanırdı və deyirdi ki, dinlər hamısı xeyir işlərə və dərin humanitar əlaqələrə dəvət edir."

Nikolas Toni (Nicolas Tueny) əlavə edib: "İmam Musa Sədrə görə insalar arasında rabitənin ən üstün səviyyəsi onda olur ki, ağıl ilə qəlb birləşir, milli və mənəvi iradə vücuda gəlir. Bu zaman dinindən asılı olmayaraq insanlar bir-birlərinə kömək edir, zəfilərin, yoxsulların və məzlumların hüquqalarının müdafiəsinə qalxırlar. Buna görə dini baxımdan yoxsulluğun mənası yoxdur, bu, siyasi və dünyəvi bir hiylədir.

Qurani-Kərim İmam Musa Sədrin həyatında yetim və yoxsullara kömək, zəkat vermək və səxavət kimi öz əksini tapmışdı.

Buna görə də onun təsis etdiyi "Əməl Hərəkatı" onillərdir məhrumların və yoxsulların zəmanəti, azadlıq, müqavimət və yaxşı işlərin nizamnaməsidir. Bunun üçün ən yaxşı nümunə isə 2000-ci ildə Livanın cənubunun sionizm işğalından azad edilməsidir."

Livanın sabiq baş nazirinin korrupsiyaya qarşı mübarizə üzrə müşaviri "Nicolas Tueny"  vurğulayıb: Onun olmaması bütün livanlılar üçün ağır itkidir. Əlbəttə onun cismini oğurlayanlar İmam Musa Sədrin dostlarının ürəyində ümidsizlik yarada bilmədilər və onun təfəkkür və düşüncə məktəbini məhv etməyi bacarmadılar. İmam Musa Sədrin düşüncələri bütün livanlıların ürəylərinə nüfuz edib.

İmam Musa Sədr həmişə livanlı qardaşlarından istəyərdi ki, düşmən qarşısında bir-birləri ilə müttəhid və sionist düşmən qarşısında vahid yumruq olsunlar. / iqna

captcha