IQNA

Vyanada Yasin surəsini əzbərləmək üçün virtual layihə hazırlanıb

8:46 - May 16, 2022
Xəbər sayı: 3492240
Avstriyanın paytaxtı Vyanadakı İmam Əli (ə) İslam Mərkəzi Yasin surəsini virtual olaraq 24 həftəyə əzbərləmək planını həyata keçirib.

İQNA, xəbər verir ki, "Mənimlə Quran tilavət et" adlı layihə Vyanada başlayıb. Bu layihə Vyanadakı İmam Əli (ə) İslam Mərkəzinin "https://t.me/izwien" ünvanında yerləşən Telegram kanalında virtual platformada həyata keçirilib.

Səhifəyə yüklənmiş qiraətlər bir dəqiqəlikdir. Bu qiraətlər 24 həftədə İran qarilərindən Hüseyn İsfahanianın səsi ilə yüklənəcək. Onun birinci hissəsi 1-dən 6-ya qədər olan ayələrdən ibarət olub.

 

kod

4057136

captcha