IQNA

Əl-Əzhərin Şeyxinin nəzərində Qərbin Qurana hücumunun səbəbi

10:33 - May 17, 2022
Xəbər sayı: 3492244
Əl-Əzhərin Şeyxi Quranın müsəlmanların güc mənbəyi olduğunu bildirərək deyib: "Qərbin bu müqəddəs kitaba hücumunun səbəbi İslam ümmətini zəiflətməkdir".

İQNA, "Əl-fəth"-ə istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib, deyib: "Əsra və meracı inkar edən hər kəs bizə izah etməlidir ki, Qurani-Kərimdə adı keçən "sədraül-muntəha" dünyanın harasındadır və yer üzündə haradadır? Əks halda Qurani-Kərimdə bu söz mənasız qalacaq.

O, bildirib ki, Qurani-Kərimin hədəf alınması məlum səbəblər və məqsədlərlə həyata keçirilir ki, bu da siyasi partiyaların həmin proqramlarla bağlılığını göstərir.

O, niyə yalnız Quran hədəf alınır sualının cavabında belə deyib: "Bunun səbəbləri aydındır və bu hərəkətin məqsədi və bunu edənlər məlumdur".

Ət-Tayyib, Qərbin Şərqi və ərəb dünyasını zəiflətmək üçün Qurani-Kərimi hədəf almağa maliyyə dəstəyi verdiyini vurğulayaraq bildirib: "Qərb yaxşı bilir ki, Quran müsəlmanlar üçün bir güc mənbəyidir və onlar tarixi daha böyük anlayışla oxuyurlar. Siyasi partiyalar da müsəlmanların güc mənbələrinə zərbə endirmək planları çəkirlər".

4057540

captcha