IQNA

Hənnanə Xələfi BƏƏ Quran yarışlarında 10-cu yeri tutdu

11:33 - November 19, 2016
Xəbər sayı: 3481010
Tehran, 19.11.2016 – BƏƏ-nin xanımlar üçün Quran yarışlarında iranlı azyaşlı Quran hafizi xanım Hənnanə Xələfiyə gözlənilən nəticənin əksinə olaraq inanlımaz bir halda yarışlarda 10-cu yer verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin xanımlar üçün Quran hifzi yarışlarında İran İslam Respublikasının nümayəndəsi azyaşlı Quran hafizi xanım Hənnanə Xələfi gözlənilən nəticənin əksinə olaraq inanlımaz bir halda yarışlarda 10-cu yeri qazandı.

Səmih Xalid Əhməd Osmanə - BƏƏ-nin xanımlar üçün keçirilən "Şeyxə Fatimə bin Mübarək" adına ilk beynəlxalq Quran- Kərim yarışlarının iordaniyalı hakimi, İQNA ilə müsahibəsində bu xəbəri elan edərək dedi: Hənanə Xələfi İrandan və Amənə Cəfər Ladən Nigeriyadan müştərək olaraq yarışların onuncu yerini qazana biliblər.

O əlavə etdi: Əlcəzairdən "Zəhra Həni", Mozambikdən "Zəkiyyə Əbu Bəkr Məhmud Elmi" müştərək olaraq birinci yeri qazanıblar.

Səmih Xalid Əhməd Osmanə dedi: Qətərdən "Amənə Əbdür-Rəhim Əhməd Məhmud" 3-cü yeri, Əfqanıstandan "Sündüs Əbdül-Əziz" 4-cü yeri, Norveçdən "Əsma Fadi Ədrə" 5-ci yeri, BƏƏ-dən "Amənə Ətiq Sultan Məhəmməd əz-Zahiri" 6-cı yeri, Pakistandan "Hünəyn Əbdül-Qəyyum" 7-ci yeri, Nigeriyadan "Fatimə Hüseyn Musa" 8-ci yeri və Banqladeşdən "Rəifə Hüseyn Cinat" 9-cu yeri qazana biliblər.

İordaniyalı hakim vurğuladı: BƏƏ-nin xanımlar üçün ilk beynəlxalq Quran hifzi yarışlarında ikinci yeri qazanan olmayıb.

Nəzərinizə çatdıraq ki, bu yarışlarının hakimlər heyəti Ərəbistan, Misr, İordaniya, BƏƏ, Əlcəzayir və İraqdan olan 6 nəfər hakimdən təşkil olunmuşdu və bu yarışın haşiyəsində keçirilən "əhsənul-əsvat" (ən gözəl səs) Quran tilavəti yarışlarında iranlı azyaşlı xanım Hənnanə Xələfi 3-cü yeri tutmuşdur.

Qeyd edək ki, 72 ölkənin iştirak etdiyi BƏƏ-nin "Fatimə bint Mübarək" adın ilk beynəlxalq Quran hifzi yarışları cari ilin Noyabr ayının 6-dan 16-dək Dubayda keçirildi. Yarışların yekun mərasimi dünən günortadan sonra BƏƏ-nin şahı Şeyx Xəlifə ibn Zayid Ali Nihyanın xanımı "Fatimə bint Mübarək" və Dubayın merinin xanımı "Hind bint Məktum ibn Cümə Ali-Məktum"un iştirakı ilə keçirilib.

http://iqna.ir/fa/news/3546945


captcha