IQNA

Tokyo festivalında Ruhingiya qaçqınları barədə film

1:29 - November 01, 2017
Xəbər sayı: 3482330
Malaziyalı rejissor Edmund Yu ruhingiyalı qaçqınlarla bağlı "Axirət" adlı yeni qısametrajlı filmində Myanmardan qaçqın düşmüş müsəlmanların acınacaqlı həyatını lentə alıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyalı rejissor Edmund Yu ruhingiyalı qaçqınlarla bağlı "Axirət" adlı yeni qısametrajlı filmində Myanmardan qaçqın düşmüş müsəlmanların acınacaqlı həyatını lentə alıb.

Malaziyalı rejissor Edmund Yu yeni sənədli filmini Raxin müsəlmanların həsr edib. Ruhingiyalı dilində "Ekirat" adlanan (axirət) bu filmdə Malaziya sərhədlərinə yaxşı həyat ümidi ilə üz tutmuş myanmarlı qaçqınlar göstərilir. Onların acınacaqlı və əzablı həyat tərzinin isə sonu yoxdur.

Edmund Yu filmin Tokyo kino festivalında ekranından öncə keçirdiyi mətbuat toplantısında dedi: Bu filmi çəkməkdə hədəfim Myanmarın acı həqiqətlərini faş etməkdir.

O əlavə etdi: Malaziya və Tayland sərhədində 2015-ci ildə kütləvi qəbirlər aşkarlandı. Bu meyitlər ruhingiyalı qaçqınlara aid idi. Onlar insan əzalarının alverini edənlərin və insan qaçaqçılarının qurbanlıqları idilər. Bu hadisə məni ruhingiyalı qaçqınların faciəsini çəkməyə vadar etdi.

Bu filmin əsas motivi ruhingiyalı bir qadındır. O qaçaqçılara pul verərək Tayvana getmək istəyir, amma problemlərlə üzləşir. Onun dostu onun bütün pullarını oğurlayır. Və bu məsələ səbəb olur ki, o, insan qaçaqçılarının tələsinə düşsün. Sonra isə qaçaqçıların insanların başlarına açdıqları müsibətləri görəndə psixi sarsıntılar keçirir.

"Axirət" filmi Tokyodan əlavə Sinqapur və Hindistanın Krala film festivallarında da ekran olunacaq.

Tokyo beynəlxalq film festivalı Oktyabr ayının 25-də başlayıb və Noyabr ayının 3-dək davam edəcəkdir.


Teqlər: iqna ، tokyo ، film festivalı ، myanmar ، ruhingiya
captcha