IQNA

Bəhreyn rejiminin Ayətullah İsa Qasimi xəstəxanaya köçürdüyü deyilir

6:11 - November 30, 2017
Xəbər sayı: 3482446
Evində dustaq saxlanılan və səhhətində problem yaranmış Bəhreyn İslami Hərəkatının lideri Ayətullah İsa Qasim bu gün müalicə üçün Bəhreyn beynəlxalq xəstəxanasına köçürülüb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,son günlər ev dustaqlığında saxlanılan və səhhətində problem yaranmış Bəhreyn İslami Hərəkatının lideri Ayətullah İsa Qasim bu gün müalicə üçün Bəhreyn beynəlxalq xəstəxanasına köçürülüb.
Maide.Az-ın məlumatına görə, telekanalın məlumatına deyilir ki, bu gün təcili tibbi yardım avtomobili Bəhreyn rejim təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə Ayətullah İsa Qasimi evindən xəstəxanaya aparıb.
Qeyd edək ki, bir neçə gün öncə Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdır.
Ötən bir neçə gün ərzində Bəhreyn xalqı küçələrə axışaraq Ayətullah Qasimin müalicə edilməsi tələbi ilə mitinqlər keçirib.
Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür. /maide.az/

Teqlər: iqna ، bəhryen ، İsa qasim
captcha