IQNA

Ayətullah İsa Qasım Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani ilə görüşdü

17:12 - February 27, 2019
Xəbər sayı: 3484765
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım Qumda böyük mərcəyi-təqlid alimlər Ayətullah Nasir Məkarim Şirazi və Ayətullah Nuri Həmədani ilə görüşüb.
Ayətullah İsa Qasım Qumda Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani ilə görüşdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah Şeyx İsa Qasım İranın Qum şəhərində müsəlman dünyasının böyük mərcəyi-təqlid alimlər Ayətullah Nasir Məkarim Şirazi və Ayətullah Nuri Həmədani  ilə görüşüb.
Maide.az "tasnimnews" istinadən xəbər verir ki, Ayətullah İsa Qasim müqəddəs Qum şəhərində Həzrət Məsumənin (s.ə)  hərəmini ziyarət etdikdən sonra müctəhidlər Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani ilə görüşüb.
Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasım da bu görüşdə özünün müalicə prosesi barədə və Bəhreyndəki şiələr və ölkəsinin son vəziyyəti haqqında məlumat verib.
Teqlər: iqna ، bəhreyn ، ali-xəlifə ، İsa qasim
captcha