IQNA

Qazaxıstanda yeni məscid istifadəyə verildi

16:55 - November 23, 2019
Xəbər sayı: 3486196
Qazaxıstanın Qarqanda (Qarağandi) vilayətinin Küngöy şəhərində yeni tikilmiş məscid müsəlmanların istifadəsinə verilib. Yeni tikilmiş məsciddə eyni vaxtda yeddi yüz nəfər namaz qıla biləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Qarqanda (Qarağandi) vilayətinin Küngöy şəhərində yeni tikilmiş məscid müsəlmanların istifadəsinə verilib.

Məscidin açılış mərasimində Qaraqanda vilayətinin camaat imamı və Küngöy əhalisi iştirak ediblər.

Məscid 1200 kvadrat metrdə tikilib. Məsciddə yeni vaxtda 700 nəfər ibadət edə bilər.

Məsciddə qadın və kişilər üçün ayrılıqda salonlar, kitabxana və dərs otaqları, yeməkxana və ehsan mərasimi üçün zal var.

Bundan öncə geniş ibadət ocağı olmayan bu şəhərinin yeni məscidi yerli tacirlərdən birinin maddi dəstəyi və əhalinin həmkarlığı ilə tikilib.  

https://iqna.ir/fa/news/3858816

 

Teqlər: iqna ، qazaxıstan ، Qaraqanda ، Küngöy ، məscid
captcha