IQNA

"Ənsarullah" lideri ABŞ hərbi bazalarının vurulmasına görə İranı dəstəklədiklərini bəyan etdi

15:19 - January 09, 2020
Xəbər sayı: 3486470
Yəmənin "Ənsarullah" hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi ABŞ hərbi bazalarının vurulmasına görə İran İslam Respublikasını dəstəklədiklərini bəyan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi ABŞ hərbi bazalarının vurulmasına görə İran İslam Respublikasını dəstəklədiklərini bəyan etdi.

Yəmənin "Ənsarullah" hərəkatının baş katibi Seyid Əbdülməlik əl-Husi ABŞ hücumlarına qarşılıq verən İran İslam Respublikasına dəstək olduqlarını açıqlayıb.

"Bu hərbi əməliyyat ABŞ-ın bölgədəki fəaliyyətinə və hegemonluğuna çox böyük zərbə vurdu. ABŞ ilə mübarizəsində İran İslam Respublikasını dəstəkləyirik. Eyni zamanda ABŞ-ın hücumlarına məruz qalan hər kəsin yanındayıq", - deyə Seyid Əbdülməlik əl-Husi diqqətə çatdırıb.

"Ənsarullah" lideri İslam dünyasının birləşməsini və hər sahədə əməkdaşlıq etməsini istəyib. "Müsəlmanların düşməni ABŞ və sionist İsraildir.

Onların bütün planları müsəlmanları məğlub etmək üzrə qurulub", - deyə Seyid Əbdülməlik əl-Husi qeyd edib.

https://iqna.ir/fa/news/3870357

captcha