IQNA

Britaniya Yeni Zelandiyanın hicablı polis uniforması təcrübəsi ilə maraqlanır

0:35 - February 02, 2021
Xəbər sayı: 3489184
Polis müfəttişinin dediyinə görə, vahid hicab uniforması fikri ilk dəfə 2018-ci ildə keçirilən “Açıq qapı” günündə müsəlman qadınların polis geyimlərinin özəllikləri ilə maraqlandıqda ortaya çıxdı.

Yeni Zelandiyada polis məmurları üçün vahid hicablı uniforma hazırlanıb.

Bu hal Britaniyanı maraqlandırıb.

Polis müfəttişi Braydon Lenixanın dediyinə görə, vahid hicab uniforması fikri ilk dəfə 2018-ci ildə keçirilən “Açıq qapı” günündə müsəlman qadınların polis geyimlərinin özəllikləri ilə maraqlandıqda ortaya çıxdı.

"Deyerler.org"un islamnews.ru-ya istinadən verdiyi xəbərə görə, Messi Universitetinin dizayn şöbəsi vahid hicab uniformasının yaradılmasında əsas rol oynadı.

Müfəttiş Lenixanın sözlərinə görə, hicablı polis uniforması, qadın zabitlərinin düşdükləri qarşıdurma nəticəsində etibarlı baş geyimidir.

Hicablı polis uniformasını sınaqdan keçirmək üçün geyim əvvəlcə qeyri-müsəlman qadın işçilərə, daha sonra Yeni Zelandiya Polis Akademiyasına təqdim edildi. /islamnews.ru

captcha