IQNA

İran və Qazaxıstan dinlərarası dialoq üzrə vebinar keçirir

16:11 - October 31, 2021
Xəbər sayı: 3491098
Noyabrın 2-də İran və Qazaxıstanla əməkdaşlıq çərçivəsində "Sülh və harmoniya naminə dinlərin dialoqu" adlı vebinar keçiriləcək.

İQNA-nın verdiyi xəbərə əsasən, bu vebinar, Nazarbayev adına Dini və Sivilizasiyalararası Dialoqun İnkişafı Mərkəzi, Qazaxıstanın Tehrandakı səfirliyi ilə koordinasiya, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Dinlər və Mədəniyyətlərin Dialoqu Mərkəzinin iştirakı ilə "Zoom" vasitəsilə təşkil olunur.

Bu vebinarın keçirilmə vaxtı, çərşənbə axşamı, noyabrın 2-i, saat 9:30-da elan edilmişdir. Hər iki ölkənin səfirləri, Dinlərin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin rəhbəri, İran İslam Cümhuriyyətinin Nursultandakı mədəniyyət müşaviri və hər iki ölkədən bu sahədə bir sıra ekspertlər bu vebinarda iştirak edəcək.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının məlumatına görə, bu dəyirmi masa, Qazaxıstanın Dünya və Ənənəvi Dinlər Liderləri Konqresinin işçi qrupunun və katibliyinin görüşlərinin davamı olaraq, İran və Qazaxıstan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsində daha da qarşılıqlı fəaliyyət və əməkdaşlıq etmək məqsədilə keçiriləcək.

4009393

captcha