IQNA

Ərəfə günü İmam Hüseynin (ə) oxuduğu aşiqanə münacat

16:27 - July 09, 2022
Xəbər sayı: 3492526
İmam Hüseyn (ə) Ərəfə günü duasında Allahın bizim üçün xüsusiyyətlərini bəyan edir. Bu, təsirlənən deyil, təsir qoyan bir insanın potensialını göstərir. Belə bir imtiyaz bu duanı sevgi dolu duaya çevirir.

Son qəməri ayının (Zilhiccə)  doqquzuncu günü Ərəfə günü adlanır. Bu gün ilin ən mübarək günlərindən biri və günahların bağışlanması və duaların qəbulu üçün xüsusi gün hesab olunur. Ərəfə Ərəfatdan (Məkkədə yerli ad) götürülüb. Həcc ziyarətinə gedən zəvvarlar bu gün günortadan gün batana kimi Ərəfatda dayanmalıdırlar. İmam Hüseynin (ə) ömrünün son ilində Ərəfə günü Allah dərgahında dediyi mənalı münacat var. Quran və Hədis Universitetinin elmi heyətinin üzvü Əhməd Qulam Əlipur "İqna"ya müsahibəsində Ərəfə günü və İmam Hüseynin (ə) bu gün etdiyi münacatı ilə bağlı bəzi məqamları açıqlayıb ki, bunları aşağıda oxuya bilərsiniz:

İmam Hüseynin (ə) Ərəfə günü duası bir növ münacatdır. Duada Allahdan özümüz üçün bir şeylər diləyirik ki, onların faydası da bizə aydındır. Amma bəzi dualar münacat şəklindədir. İnsan məşuqu ilə danışanda, bu vəziyyətdə həm özü danışmağı, həm də məşuqu haqqında danışmağı xoşlayır. Bu halda məşuqun yaxşılıqlarını sadalamaq əhəmiyyətli olur. İmam Hüseyn (ə) də bu duada eyni şeyi edir.

İmam Hüseynin (ə) Ərəfə duasına baxış

İmam Hüseynin Ərəfə duasının ilk hissələri Allahı vəsf edir. Bu dua Allahın vəsfi ilə başlayır: "Həmd Allaha məxsusdur ki, Onun hökmünə heç bir maneə yoxdur və heç bir şey Onun bağışlamasına mane ola bilməz".

İmam Hüseyn (ə) duasının bu hissəsində Allahı bağışlayan, eşidən və hər işin təfərrüatlarından agah olan kimi tanıtdırır. Sonra deyir: "Mən dünyaya gəlməmişdən əvvəl varlığıma rəhmətinlə başladın". Habelə Allahın insana yaradılışının hər mərhələsində əta etdiyi nemətləri bəyan edir. Allahın insana verdiyi nemətlərin miqdarını düşünmək çox vacibdir.

Duanın ikinci hissəsində imam Allahdan istəyir: "İlahi, mənə elə bir təvazökarlıq ver ki, sanki Səni qarşımda görürəm".

 Duanın bir hissəsi Allahın sifətlərinin yanında gözəl şəkildə təqdim edilmiş etiraflardır: "Sən nemət verib və ehsan edən Allahsan. Sən gözəl edən Allahsan... əmd və şükür həmişə sənin üçündür. Səhv edən, nadan, qafil olan və əhdi pozan və... mənəm".

İmamın bu hissələrdə Allaha qarşı olan baxışı bizi qeyri-adi potensial tapmış bir insanla tanış edir. Bu fövqəladə potansialda o, artıq ətrafında baş verənlərdən və narahat deyil. Burada insan daxili bir qüdrət tapmışdır.

İmamın təkrar "Ya Rəb Ya Rəb" deməsi və göz yaşları ilə dua burada bitir.

1456806

Teqlər: dua ، Ərəfə ، imam hüseyn ، münacat ، allah
captcha