IQNA

İmam Hüseynin (ə) hərəmində 16-cı "Şəhidlik Baharı" fetivalı keçirilir

18:51 - February 25, 2023
Xəbər sayı: 3493754
İraqda 16-cı Beynəlxalq "Rəbiuş-Şəhadə" (Şəhidlik Baharı) festivalı bu il "İmam Hüseyn (ə) xalqların qəlbində" şüarı ilə və qırx dörd ölkədən nümayəndə heyətinin iştirakı ilə Kərbəlada başlayıb. Onun kənarında müxtəlif tədbirlər, o cümlədən kitab sərgisi keçiriləcək.

"İQNA", İmam Hüseynin (ə) hərəminin məlumat bürosuna istinadən xəbər verir ki, Kərbəla Rəbi-Şəhadə (Şəhidlik Baharı) konfransının təşkilat komitəsinin üzvü Əli Kazım Sultan deyib: "Bu il 16-cı beynəlxalq Rəbiuş-Şəhadə konfransı “İmam Hüseyn (ə) xalqların qəlbində” şüarı və qırx dörd ölkədən nümayəndə heyətlərinin iştirakı ilə başladı. Onun kənarında müxtəlif tədbirlər, o cümlədən kitab sərgisi keçiriləcək.

O, sözünə belə davam etdi: "Kərbəla kitab sərgisi, Beynul-Hərəmeyndə uşaq stendinin açılışı, rəsm sərgisinin keçirilməsi, nümunəvi gənclər üçün təqdir etmə mərasimi, İran və Misir qarilərinin iştirakı ilə Quranla üns mərasimlərinin keçirilməsi və Əz-Zəhra (s) Universitetində qadınlar üçün xüsusi mədəni tədbirlərin keçirilməsi bu konfransın fəaliyyətlərindəndir".

İmam Hüseynin (ə) müqəddəs hərəminin iclaslarının təşkilatçılarından Möhsin Əl-Vəzni bununla bağlı deyib: "16-cı beynəlxalq "Rəbiuş-Şəhadə" konfransı cümə günü, fevralın 24-də açılıb. Bu konfrans çərçivəsində müxtəlif tədbirlər, o cümlədən şeir gecəsi, tədqiqat müsabiqələri və kitab sərgisi keçiriləcək".

Əl-Vəzni daha sonra deyib: "Bu konfransın keçirilməsində məqsəd İslam və Əhli-beyt (ə) mədəniyyətini yaymaq və dünya müsəlmanları ilə əlaqə yaratmaqdır.

4124215

captcha