IQNA

Hindu ekstremistləri tərəfindən İslam məbədi dağıdılıb

18:05 - March 05, 2023
Xəbər sayı: 3493799
Hindistanın şimalında bir İslam məbədini dağıtmaqla ekstremist hindular bu ziyarətgahın onların tanrılarının torpağında tikildiyini iddia etdilər.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Hindu fəalı Radha Simval öz Facebook hesabında video fayl yayımlayaraq Uttar Xand əyalətində (Hindistanın şimalı) İslam ziyarətgahını dağıtmağa çalışan fəalları dəstəkləyib. Həmçinin bu ziyarətgahın hindu tanrıları diyarında yaradıldığını iddia edib.

Videoda biri İslam məbədinin üstündə dayanan iki hindu fəalı görünür. Bu ikisi əllərində çəkiclərlə bu ziyarətgahı tamamilə dağıtmağa çalışırlar.

Bu İslami binanın dağıdılması bölgə müsəlmanlarının buna qarşı heç bir müqavimət göstərmədiyi və şəkillərdən də göründüyü kimi ərazidə polis qüvvələrinin olmadığı bir vaxtda həyata keçirilib.

Lakin bu videonun kiberməkanda yayımlanması bir çox fəalların və kiberməkan istifadəçilərinin buna reaksiya vermələrinə və müsəlmanlara qarşı edilən hərəkətlərə qarşı heç bir tədbir görülməməsini tənqid etmələrinə səbəb olub.

4125966

captcha