IQNA

İsveçdə Qurani-Kərimin təhqir olunmasının pislənməsi

14:23 - June 30, 2023
Xəbər sayı: 3494398
Türkiyənin vitse-prezidenti İsveçdə Qurani-Kərimin təhqir olunmasını və onun yandırılmasını qətiyyətlə pisləyib.

"İQNA", "TRT"-nin ərəb bölümünə istinadən xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz İsveçdə Qurban bayramının ilk günündə Qurani-Kərimin nifrətlə təhqir edilməsini kəskin şəkildə pisləyib.

O, bir sıra tvitlərində bu məsələyə münasibət bildirib və yazıb: İsveçdə bayramın ilk günündə Qurani-Kərimimizə qarşı törədilən mənfur hərəkəti şiddətlə qınayıram. Nifrət cinayətlərini söz azadlığı adı altında müdafiə etmək bu cinayətlərin qurbanlarının hüquqlarının pozulmasıdır və söz azadlığına real zərbə hesab olunur.

O, sözünə belə davam edib: "Bu ədəbsiz hərəkətlərə görə müqəddəs kitabımız zərrə qədər də dəyər itirmir, bu təxribatları edənlər və onu seyr etməklə kifayətlənənlər əziyyət çəkəcəklər".

Bununla bağlı Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodin İsveç hakimiyyətinin müsəlmanlara qarşı hərəkətlərini pisləyən qətnamə layihəsinin hazırlanmasını istəyib.

Volodin parlamentin iclasında deyib: "Dövlət Dumasının komitəsinin sabah cümə axşamına qədər İsveçi pisləyən qətnamə hazırlaması təklifi var.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində Stokholmda Quranın yandırılmasını pisləyib və bunu mənfur hərəkət kimi qiymətləndirib.

Stokholm Məscidlər Birliyinin rəhbəri Mahmud Əl-Xələfi bu təxribatçı hadisəni və İsveç polisinin icazəsini rədd edərək deyib: "Bu məsələ bütün dünya müsəlmanlarını dərindən narahat edir".

Nyans partiyasının rəhbəri Mikael Yüksel öz növbəsində bildirib ki, İsveçdəki müsəlman icması İslamofobiya və Quran yandırma hadisələri ilə mübarizə səylərində Türkiyənin dəstəyini gözləyir.

4151179

captcha