IQNA

Hindistanın tarixi məscidi dağıdılma təhlükəsi ilə üz-üzədir

14:05 - December 29, 2023
Xəbər sayı: 3495197
İQNA – Dehli bələdiyyəsi nəqliyyatın hərəkətini asanlaşdırmaq bəhanəsi ilə bu şəhərdə tarixi məscidi sökməyi planlaşdırdığını açıqlayıb.

"İQNA", "Indian Express"-ə istinadən xəbər verir ki, Yeni Dehlidə mədəni və tarixi əhəmiyyət kəsb edən Sunhari məscidinin sökülməsi üçün işlər davam etdirilir.

Yeni Dehli Bələdiyyə Korporasiyası (NDMC) şəhərin yol polisinin ərazidə nəqliyyat vasitələrinin sabit hərəkətini təmin etmək tələbindən sonra məscidi sökməyi planlaşdırdığını açıqladı.

Hindistan KİV-i xəbər verir ki, Camiat Ulema Hind (JUH) sədri Maulana Mahmud Əsəd Mədəni Baş nazir Narendra Modi və daxili işlər naziri Amit Şaha ünvanladığı məktubda Dehli Bələdiyyəsinin açıqlamasından narahatlığını ifadə edib.

Əbdül-Əziz məscidin hökumətin bütün təhlükəsizlik göstərişlərinə əməl etdiyini vurğulayaraq, parlamentin iclaslarında hətta camaat namazlarının belə qılınmadığını və məscidin nəqliyyatda problem yaratmadığını qeyd edib.

  Dehli Vəqf İdarəsi özünü məscid torpağının sahibi hesab etdiyi halda, bələdiyyə torpağın hökumətə məxsus olduğunu iddia edir.

Hindistanın Çandni Çovk şəhərində yerləşən Şahi Sanhari məscidi Köhnə Dehlidə 18-ci əsrə aid məsciddir və bu ərazidə gizli xəzinə hesab olunur. Bu məscid 300 il əvvəl Lahor kərpicindən tikilib və tarixi əhəmiyyətinə görə 2009-cu ildə milli irs kimi qeydə alınıb.

Bu bina Moğol imperatoru Məhəmməd şahın təbliğçilərindən biri olan Roşan Əd-Dövlənin göstərişi ilə tikilmişdir. Bu məscidin üç əsr yaşı olmasına və tarixi məscid sayılmasına baxmayaraq, sıx tarixi bazar meydanında yerləşdiyi üçün çox vaxt diqqətdən kənarda qalır.

Məscidin mərkəzi mehrabının giriş qapısında məscidin tikilmə tarixini göstərən qiymətli kitabə yerləşir. Nəstəliq xətti ilə yazılmış bu kitabədə məscidin tikildiyi il, həmçinin Nəvab Roşan Əd-Dövlənin adı qeyd olunur.

Məscidin sütunları yaşıl və qızılı rənglərin birləşməsidir və məscidin üç günbəzi mis rənglidir.

Ərazinin tacirləri və sakinləri bu məscidin böyük əhəmiyyətə malik olduğu və Dehli tarixində mühüm xəzinə kimi qorunub saxlanılması üçün bərpa edilməli olduğu qənaətindədirlər.

4190442

captcha