IQNA

Mandelanın nəvəsindən fələstinlilərə dəstək

9:58 - January 18, 2024
Xəbər sayı: 3495319
İQNA - Nelson Mandelanın nəvəsi Zwelivelile Mandla Mandela, "Dünya "azad" Fələstini görməyincə dincəlməyəcəyik. Fələstində günahsız uşaqlara və qadınlara qarşı edilən vəhşiliklərə səssiz qalmayacağıq" dedi.

"İQNA", xəbər verir ki, bazar və bazar ertəsi Türkiyənin İstanbul şəhərində keçirilən "Fələstinə Azadlıq" konfransı çərçivəsində “Ərəb21” saytına müsahibə verən nəvə Mandela, Nelson Mandelanın "Fələstin azad olmadığı müddətcə Cənubi afrikalıların azadlığı tam deyil" sözünü xatırlatdı.

Bundan əlavə, Zwelivelile Mandla Mandela Cənubi Afrikadakı vətəndaş cəmiyyətinin nümayəndələri olaraq hər zaman Fələstinlə həmrəy olacaqlarını və azadlıq mübarizələrində Afrika ilə dünya ictimaiyyəti arasında körpü olacaqlarını bəyan edib.

Mandelanın nəvəsi həmçinin qeyd edib ki, ölkəsi işğalçı rejimə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılan iş vasitəsilə bu rejimin cinayətlərini ifşa etmək üçün Fələstin xalqı ilə birgə mübarizə aparır.

Nəvə Mandela İstanbulda keçirilən konfransın açılışındakı çıxışında deyib: “Fələstinin azadlığı sadəcə bir arzu deyil, bizim nail olmağa çalışdığımız bir şeydir”.

  Zwelivelile Mandla Mandela çıxışında vurğuladı ki, əgər dünyada hələ də əziyyət çəkən insanlar varsa, mübarizələr bitməyib.

Bazar günü keçirilən konfransın məqsədi Fələstin müqavimətinin təbii hüquq və vəzifə kimi qanuniliyini təsdiq etmək və sionist rejimin irqçiliyinin bütün dünyada pis sayılmasını tələb etməkdir.

4194161

captcha