IQNA

Avstraliyalı müsəlman xanıma "İnsan Hüquqları Mükafatı" verildi

13:46 - August 11, 2014
Xəbər sayı: 1438198
Beynəlxalq qrup: Ömrünün 25 ilini cameəsinin xanımlarına və müxtəlif mədəniyyətli ictimaiyyətlərə həsr etmiş avstraliyalı müsəlman xanım "İnsan Hüquqları Mükafatı"na layiq görüldü.

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "On İslam" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Viktor Duminelo – Avstraliyanın cameələr və vətəndaşlıq işləri üzrə naziri, bu mükafatın təqdim olunma mərasimində dedi: "Bu mükafat elə bir şəxsə verilir ki, öz faydalı, mənalı və davamlı fəaliyyətləri ilə İnsan Hüquqlarının inkişafına kömək etmişdir".
Mükafatın təqdim olunma mərasimi Avstraliyanın Nyu Savet Velz əyalətinin parlamentində keçirilmişdir.
Viktor Duminelo – Avstraliyanın cameələr və vətəndaşlıq işləri üzrə naziri, çıxışında vurğuladı: "Maha Kərim Əbdu", bu mükafatı təqdim olunması üçün ən layiqli şəxsdir. Hakimlər heyəti onu irqçilik, cinsçilik ilə mübarizə və müxtəlif mədəniyyətlər arasında saziş yaratma qəhrəmanı kimi seçdi".
Maha Kərim Əbdu 1960-cı ildən Livandan Avstraliyaya mühacirət etmiş və hal-hazırda Avstraliyanın "Müsəlman Qadınlar Təşkilatı"nın icraçı müdiridir.
O, həmçinin Avstraliyalı müsəlman qadınların hüquqlarını qoruma mərkəzinin təsisçisidir.
Maha Kərim Əbdi 12 il müddətində İnsan Hüquqlarının Səfiri vəzifəsində fəaliyyət göstərmişdir.
Xanım Əbdu müxtəlif mədəniyyətlər və dini rəhbərlər arasında əlaqə yaratmaqda, dinlər arasında tanışlıq və dostluq üçün müxtəlif dini proqramların həyata keçirilməsində təsiredici rola malik olmuşdur.
Qeyd edək ki, müsəlmanların Avsrtaliyada yaşaması 200 ildən artıqdır. Bu ölkənin 20 milyonluq əhalisinin 1.7 %-i təşkil edirlər. İslam dini Məsihilikdən sonra bu ölkədə ikinci din sayılır.  
1437498
Teqlər: avstraliya ، inan ، hüquqları ، iqna ، mükafat ، maha
captcha