IQNA

Kərbəlada İŞİD-in teror əməliyyatı planı / Təhlükəsizlik gücləndirildi

15:18 - November 03, 2014
Xəbər sayı: 1467921
Beynəlxalq qrup: İraqın Müdafiə Naziri İŞİD-in Aşura günü Kərbəlada İmam Hüseyn (ə) ziyarətçilərinə qarşı terror əməliyyatı keçirmək niyyətində olduğuna işarə edərək bildirib ki, bu münasibətlə Kərbəla əyalətində təhlükəsizlik tədbirləri gücləndirilmişdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın "Sovtul-İraq" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Xalid Əl-Übeydi -İraqın Müdafiə Naziri, bildirib ki, İŞİD Aşura günü Kərbəlada İmam Hüseyn (ə) ziyarətçilərinə qarşı terror əməliyyatı keçirmək niyyətindir və buna görə də  Kərbəla əyalətində təhlükəsizlik tədbirləri gücləndirilmişdir.

O əlavə edib: Kərbəla əyalətində təhlükəsizlik tədbirləri gücləndirilmişdir və təhlükəsizlik qüvvələri bu cür hallara qarşı tam hazırdır. Aşura günü üçün müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür.

Xalid Əl-Übeydi - İraqın Müdafiə Naziri, Kərbəlada olan çıxışında deyib: Biz bu gün Məhərrəmin birinci ongünlüyündə təhlükəsizlik proqramlarını həyata keçirmək üçün burdayıq. Həm Aşura günü üçün və həm də ziyarətçilərin Kərbəladan yola salınması üçün tərbirlər həyata keçiriləcək.

O İraq vətəndaşlarından istəyib ki, terroristlərlə bağlı hər bir məlumatı tez bir zamanda təhlükəsizlik qüvvələrinə çatdırsınlar.

Bu xəbərə görə 30 min qoşun, polis qüvvələri, təhlükəsizlik və kəşfiyyat idarəsinin qüvvələri Aşura gününün təhlükəsizliyini qorumaq üçün hazırdırlar. 



 1466597

Teqlər: aşura ، Hüseyn ، Mütəhhəri ، kərbəla ، yezid ، İŞİd ، İraq
captcha