IQNA

Peyğəmbərin (s) uşaqlıq həyatından bəhs edən film hazırdı

11:59 - August 04, 2015
Xəbər sayı: 3338784
Tehran(IQNA)- Türkiyədə Məhəmməd (s) peyğəmbərin uşaqlıq həyatından bəhs edən film yayıma çıxarılmazdan əvvəl çəkiliş qrupu tərəfindən izlənilib.

Beynəlxalq Quran Xəbər Agentiliyi(IQNA) İslam.az-a istinadən xəbər verir ki, iranlı rejissor və senarist Məcid Məcidinin çəkdiyi "Məhəmməd" filmi artıq hazırdır. İranlı və türk kino mütəxəssislərinin birgə ərsəyə gətirdikləri film "Əbraha ordusu" və "Fil" əhvalatları ilə başlayır.

Filmin ümumi büdcəsi 30 milyon dollar hesablanıb. Türkiyəli yazıçı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya və aksiyan səhnələrdən istifadə edildiyini qeyd edib. Filmdə "Peyğəmbər"in yalnız arxadan çəkildiyini bildirən yazıçı, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb.

Qeyd edək ki, filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.

captcha