IQNA

"Məhəmməd Allahın rəsulu (s)" filminin dünya film festivalında premyerası olub

9:23 - August 29, 2015
Xəbər sayı: 3353419
Tehran(İQNA) - İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər (s) haqqında çəkdiyi "Məhəmməd Allahın rəsulu" filminin 36-cı Monreal Dünya Film Festivalında premyerası olub.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslam.az-a istinadla xəbər verir ki, festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.

Filmin bəzi yerlərində animasiya səhnələrindən istifadə edildiyini bildirən türkiyəli yazıçı İhsan Kabil filmdə peyğəmbərin yalnız arxadan çəkildiyini, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb.

Bildirək ki, ümumi büdcəsi 30 milyon dollar olan filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.

Teqlər: məhəmməd ، Resulullah ، film ، sinema
captcha