IQNA

Bu ölkədəki hicabla bağlı bir qadağa ləğv ediləcək

13:51 - August 31, 2021
Xəbər sayı: 3490631
Hazırda Sinqapurun səhiyyə sahəsində tibbi personala iş yerində hicab geyinmək qadağandır. Lakin ölkənin Baş naziri Li Syan Lunun sözlərinə görə, sözügedən məhdudiyyət cari ilin noyabr ayından ləğv ediləcək.

Hazırda Sinqapurun səhiyyə sahəsində tibbi personala iş yerində hicab geyinmək qadağandır.

Lakin ölkənin Baş naziri Li Syan Lunun sözlərinə görə, sözügedən məhdudiyyət cari ilin noyabr ayından ləğv ediləcək.

Bu qərar tibb sahəsində işləyən 7000 müsəlman xanımın hüquqlarını bərpa edəcək.

Lun deyib ki, ökənin milli və dini icmalarla bağlı siyasəti onların tələblərinə uyğunlaşdırılmalıdır.

O etiraf edib ki, hicab müsəlman xanımın dininin mühüm bir hissəsidir.

Maraqlıdır ki, digər sahələrdəki – məktəb, polis və hərbi sahələrindəki hicab qadağası isə hələ də qüvvədədir. / Şəfəqna

Teqlər: hicab ، islamofobiya ، sinqapur
captcha