IQNA

Qətərdə Katara Quran müsabiqəsinin qaliblərinə mükafatlar verilib

20:34 - May 09, 2022
Xəbər sayı: 3492205
Qətərdə beşinci dəfə keçirilən "Katara" Quran tilavəti müsabiqəsinin qalibləri elan edilib və mükafatları keçirilən mərasimdə təqdim edilib.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, mayın 7-də Katara Mədəniyyət Kəndi təşkilatı "Qurani-Kərimi öz səsinizlə bəzəyin" şüarı ilə keçirilən 5-ci Beynəlxalq Katara Beynəlxalq Quran tilavəti müsabiqəsinin qaliblərini elan edib. Həmçinin onlara mükafatlar təqdim edib.

Katara Mədəniyyət Kəndi Fondunun baş direktoru Xalid ibn İbrahim Əl-Soliti deyib ki, beşinci dəfə keçirilən Katara Quran qiraəti müsabiqəsi və ondan əvvəlki yarışma Korona virusunun yayılması səbəbindən virtual olaraq keçirilib.

O, 2023-cü ildə keçiriləcək yarışmanın altıncı turunda korono epidemiyasının tamamilə aradan qaldırılacağına, dünyanın hər yerindən iştirakçılar və Quran qarilərinin ölkəyə gələcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, bu müsabiqədə 16 ərəb və 32 qeyri-ərəb ölkəsi olmaqla, 48 ölkədən ümumilikdə 966 iştirakçı iştirak edib.

4055678

Teqlər: qətər ، quran ، müsabiqə ، mükafat ، qaliblər
captcha