IQNA

Beynəlxalq Astronomiya Mərkəzi: "İslam ölkələrinin əksəriyyətində Fitr bayramı şənbə günü olacaq"

22:11 - April 17, 2023
Xəbər sayı: 3494039
Beynəlxalq Astronomiya Mərkəzi İslam ölkələrinin əksəriyyətində ayı cümə axşamı günü ərəb və islam dünyasının heç bir yerindən adi gözlə və ya teleskopla görmək mümkün olmadığına görə Ramazan bayramının gələn şənbə günü olacağını açıqlayıb.

"İQNA", "Əl-Xəlic onlayn"-a istinadən xəbər verir ki, Beynəlxalq Astronomiya Mərkəzi cümə axşamı, aprelin 20-də Ramazan ayının hilalını ərəb və İslam dünyasının heç bir yerindən adi gözlə və ya teleskopla görmək mümkün olmadığını açıqlayıb.

Bu mərkəz dünənki hesabatında elan edib: Liviyadan başlayaraq Qərbi Afrikanın bəzi hissələri istisna olmaqla, ərəb və İslam dünyasının əksər ölkələrində cümə axşamı hilalı görmək mümkün deyil.

Beynəlxalq Astronomiya Mərkəzi də ayı teleskopla görməyin çox çətin olduğunu və dəqiq teleskop, peşəkar müşahidəçi və müstəsna hava şəraiti tələb etdiyini vurğulayaraq qeyd edib ki, bu amillərin birləşməsi çətindir.

Bununla bağlı Beynəlxalq Astronomiya Mərkəzi yuxarıdakı şərtlər yerinə yetməyənə qədər ərəb dünyasının heç bir yerindən teleskopdan istifadə etməklə belə hilalın görünməyəcəyini və buna görə də Ramazan bayramının gələn şənbə, aprelin 22-si olacağını proqnozlaşdırıb.

4134750

captcha