IQNA

İslamda bayram təqva üçün bir fürsətdir

16:19 - April 22, 2023
Xəbər sayı: 3494063
Müsəlmanlar üçün bayram təqva, Allahla ünsiyyət, sülh və rəhmət, xəstələri ziyarət etmək və möminlərin qəbirlərini ziyarət etmək üçün bir fürsətdir. Digər dinlərin ardıcıllarından fərqli olaraq müsəlmanlar bayram fürsətindən savab əldə etmək üçün istifadə edirlər.

"İQNA", xəbər verir ki, Şeyx Baqir Əl-Müqəddəsi məşhur İraq vaizidir. O, Ramazan bayramı ilə bağlı çıxışı zamanı vurğuladı ki, müsəlmanlar bayram fürsətindən savab əldə etmək üçün istifadə edirlər.

İslam dini təqva amili, Allahla əlaqə amili, Allah-Təalanın razılığına səbəb olmaq üçün bayram fürsətindən istifadə edir və ondan bəhrələnir. Qeyri-müsəlmanların bayramları şərab içməklə, rəqs etməklə, mahnı oxumaqla və sairlə keçir.

Amma İslam başqa bir şey deyir. İslamda Fitr bayramı gecəsi üçün dua edirik. Bayram gecəsi İmam Hüseynin (ə) hərəmini ziyarət etmək tövsiyə olunur. Fitr bayramı günü bizdə bayram gününün təkbirləri və namazı var. Bununla da insan Allaha yaxınlaşır və öz ehtiyacını Allahdan istəyir. Həmçinin bayram günü zəkat verir. Habelə insanlar bir-birlərinə baş çəkir və küsülülər barışırlar.

Bu gündə yetimləri və zəifləri unutmuruq. Tanışlarımızdan biri xəstəxanada və ya evdə xəstədirsə, onlara baş çəkməyə gedirik. Habelə rəvayətlərə əsasən, Ölənləri ziyarət edirik.

4135115

captcha