IQNA

Quranı təhqir edən ölkələrə qarşı siyasi və iqtisadi tədbirlərin görülməsinin zəruriliyi

18:25 - August 02, 2023
Xəbər sayı: 3494550
TEHRAN (IQNA) - İslam Əməkdaşlıq Təşkilatı dünənki fövqəladə iclasında bəyanat yayaraq, Avropada Qurani-Kərimin dəfələrlə təhqir olunmasını pisləməklə yanaşı, Qurani-Kərimi və İslamı təhqir edən ölkələrə qarşı müvafiq siyasi və iqtisadi tədbirlərin görülməsini tələb edib. Həmçinin elan edib ki, Qurana təhqirin davam etməsinə etiraz etmək üçün Avropa Birliyinə bir heyət göndəriləcək.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının dünən, iyulun 31-də keçirilən virtual iclasının sonunda İslam Əməkdaşlıq Təşkilatının bəyanatında vurğulanıb: "İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Qurani-Kərimin təhqir olunduğu ölkələrlə münasibətlərində siyasi, iqtisadi, mədəni və digər sahələrdə müvafiq tədbirlər görmələrini istəyir.

İslam Əməkdaşlıq Təşkilatı bu bəyanatda Qurani-Kərimin təhqir olunmasını pisləməklə yanaşı, İsveç və Danimarka hökumətlərinin bu cür qeyri-insani və iyrənc hərəkətlərə icazə verməsindən təəssüfləndiyini bildirib.

Bu bəyanatın davamında vurğulanır: "İsveç və Danimarka hakimiyyət orqanlarının bu cür əməllərin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməməsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 14 iyun 2023-cü il tarixdə birgəyaşayış və beynəlxalq sülh və təhlükəsizlik haqqında qəbul etdiyi 2686 saylı qətnaməsinin pozulmasıdır".

Həmçinin qeyd edilib ki, Qurana təhqirin davam etməsinə etiraz etmək üçün Avropa Birliyinə bir heyət göndəriləcək.

4159703

captcha