IQNA

Danimarkada bir neçə İslam ölkəsinin səfirliyi qarşısında Quran yandırılıb

5:50 - August 05, 2023
Xəbər sayı: 3494557
KOPENHAGEN (IQNA) - İfrat millətçi "Danske Patrioter" qrupunun üzvləri bu gün Kopenhagendə ardıcıl dördüncü gündür ki, Qurani-Kərimi təhqir etməyə davam ediblər.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, bu qrup polisin dəstəyi ilə Türkiyə, İraq, Misir, Səudiyyə Ərəbistanı və İran səfirlikləri qarşısında İslam əleyhinə şüarlar səsləndirərək, İslam əleyhinə pankartlar qaldıraraq Quranı yandırıblar.

Bu qrupun üzvləri mərasimlərini sosial şəbəkələrdə canlı yayımlayıblar.

Facebook qrupun bəzi videolarına girişi məhdudlaşdırıb.

Son aylarda İslamofob fiqurlar və ya qruplar tərəfindən Quranın yandırılması və ya təhqir edilməsi xüsusilə Şimali Avropa ölkələrində baş verib.

Danske Patrioter sosial media hesablarında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 57 ölkənin bazar ertəsi keçirilən onlayn toplantısına işarə edərək, “Görünür ki, Quranı daha çox yandırmalıyıq” deyiblər.

Danimarka hökuməti İslam Əməkdaşlıq Təşkilatının bazar ertəsi bir sıra açıq şəkildə Quranın təhqir edilməsindən sonra verdiyi son bəyanatlara işarə edərək, bu təşkilata üzv ölkələrlə sıx dialoqu davam etdirəcəyini bildirib.

Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen çərşənbə axşamı tvitində yazıb: "Danimarka Quranın son yandırılmasını pisləyir və Danimarkanın ifadə azadlığına müəyyən vəziyyətlərdə müdaxilə imkanını nəzərdən keçirir".

4160049

captcha