IQNA

Hollandiyada ekstremistlər tərəfindən Quran təkrar təhqir olunub

10:34 - August 19, 2023
Xəbər sayı: 3494620
AMSTERDAM (IQNA) - Hollandiyanın ekstremist və anti-islam partiyasına bağlı siyasətçi Türkiyənin bu ölkədəki səfirliyi qarşısında Qurani-Kərimə hörmətsizlik edib.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, İfrat sağçı islamofob Pegida hərəkatının Hollandiya bölməsinin rəhbəri Vaqensold Türkiyənin Haaqadakı səfirliyi qarşısında keçirilən mərasimdə Qurani-Kərimi tapdalayaraq cırıb.

Hollandiya hökuməti daha əvvəl tədbirdən əvvəl cümə günü islamofob nümayişləri pisləmişdi. Lakin onların qarşısını almaq üçün qanuni səlahiyyətlərinin olmadığını bildirmişdi.

AFP müxbirləri ifrat sağçı Pegida qrupunun Hollandiya qoluna rəhbərlik edən Edvin Vaqensoldun digər iki nəfərlə birlikdə Quranı təhqir etdiyinin şahidi olublar.

Polis Türkiyə səfirliyinin yerləşdiyi küçəyə girişi bağlayıb və orada da əlliyə yaxın etirazçı olub. Vaqensold Qurandan səhifələri cıranda bəziləri ona daş atmağa başladı. Qalxan və dəyənəklərlə təchiz edilmiş 20-yə yaxın polis müdaxilə edib. O, gedən zaman kütlənin bir hissəsi onu təqib etməyə çalışıb.

Cümə günü, avqustun 18-i səhər saatlarında Hollandiyanın türk əsilli ədliyyə naziri Dilan Yeşil Göz bu müqəddəs kitabın təhqir olunmasını çox uşaqcasına və xəstəliyə olduğunu bildirərək deyib: "Ölkə qanunları belə bir hərəkətə icazə verir".

4163343

 

captcha