IQNA

Əqidə prinsipləri; Nübüvvət / 33

Neçə ilahi peyğəmbər olmuşdur?

11:19 - August 29, 2023
Xəbər sayı: 3494676
TEHRAN (IQNA) – Quranda iyirmi beş peyğəmbərin adı çəkilir. Eyni zamanda Mömin surəsində peyğəmbərlərin sayının bundan qat-qat çox olduğuna işarələr vardır.

Bəzən ortaya çıxan suallardan biri də budur ki, niyə bütün peyğəmbərlər Şərqdə zühur ediblər? Qərbin keçmiş tarixi bizim üçün aydın deyil. Bütün peyğəmbərlərin şərqdə olmasına dair heç bir dəlilimiz yoxdur. Lakin "Yunis" surəsinin 47-ci ayəsindən istifadə edə bilərik ki, hər ümmətin bir peyğəmbəri olub.

Quranda iyirmi beş peyğəmbərin adı çəkilir, lakin "Mömin" surəsində oxuyuruq:

  “Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik” (Mömin, 78).

Bu ayədən görünür ki, peyğəmbərlərin sayı Quranda adı çəkilən bu iyirmi beş nəfərdə xülasələşmir. Hədislərə müraciət etsək, müxtəlif rəqəmlər taparıq. Lakin ən məşhur hədis Əbuzər Ğafarinin rəvayət etdiyi hədisdir ki, o demişdir: "Peyğəmbərdən (s) soruşdum ki, neçə peyğəmbər var? O həzrət buyurdu ki, yüz iyirmi dörd min nəfərdir.

  Həmçinin “Bəqərə” surəsinin 136-cı, “Ali-İmran” surəsinin 86-cı və “Nisa” surəsinin 105-ci ayələrinə əsasən, bütün peyğəmbərlərə iman gətirmək lazımdır. Həqiqətdə bunun dəlili peyğəmbərlik məsələsinin təsadüfi bir hadisə olmamasıdır. Doğrusu, bir proses və ilahi əmrdir. Əvvəlki peyğəmbərlərə iman Allahın tarix boyu bütün insanlar üçün əbədi lütfünə iman etmək deməkdir. Allahın sabit hikmətinə iman, daimi zərurətə iman deməkdir ki, bu da məsum rəhbərliyin zəruriliyidir. Haqqın batil üzərində qələbə çalacağına inam və iman deməkdir.

    Bəli, bəşəriyyət tarixi boyu saleh insanlar bir tərəfdə, yalançı tağutlar və batil cəbhələr isə digər tərəfdə düzülüb. Bütün mərhələlərdə, aqibət və qələbə haqqa və rüsvayçılıq isə batil ardıcıllarına nəsib olmuşdur.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha