IQNA

Türkiyə Haaqada Quranın təhqir olunmasını pisləyib

9:50 - September 25, 2023
Xəbər sayı: 3494783
AMSTERDAM (IQNA) – Türkiyə Hollandiyanın Haaqa şəhərində Qurani-Kərimin təhqir olunmasını pisləyib. Həmçinin islami müqəddəslərin təhqir edilməsinə son qoyulmasını tələb edib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Türkiyə Hollandiyanın Haaqa şəhərində Qurani-Kərimin təhqir olunmasını pisləyib. Habelə İslam dininə və dindarlarına hörmətsizlik olan bu təxribatçı hərəkətlərə son qoyulmasını tələb edib.

İslami müqəddəslərin təhqir olunmasının davamı olaraq ötən gün ifratçı sağçı Pegida hərəkatının Hollandiya qoluna rəhbərlik edən Edvin Vaqensfeld Hollandiyanın Haaqa şəhərində Türkiyə, Pakistan, İndoneziya və Danimarkanın səfirlikləri qarşısında Qurani-Kərimin nüsxələrini cırıb.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb: Hollandiyanın Haaqa şəhərindəki səfirliyimiz də daxil olmaqla, İslam Əməkdaşlıq Təşkilatına üzv bəzi ölkələrin səfirlikləri qarşısında hədəfə alınan vəhşi hücumları şiddətlə qınayırıq.

Sözügedən nazirlik BMT-nin dini nifrət və beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu təxribatlara qarşı bu hücumlara şahidlik edən ölkələrin tədbir görməsinin vaxtının gəldiyini vurğulayıb.

O, Avropa ölkələrinin hakimiyyət orqanlarının ifadə azadlığı bəhanəsi ilə bu hərəkətlərinə göz yummasını pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyi bu iyrənc hadisələrin təkrarlanmaması üçün Hollandiya rəsmiləri ilə lazımi təşəbbüsləri gördüyünü bəyan edib. Türkiyənin nifrət dolu hərəkətlərə qarşı mübarizəsini tam qətiyyətlə və bütün forumlarda davam etdirəcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da deyib: "Qurani-Kərimə qarşı vəhşicəsinə hücum və İslam əleyhinə hərəkətlər Avropada ölümcül bir xəstəlik kimi yayılıb".

O, həmçinin qeyd edib ki, bununla bağlı görüləcək tədbirlər İslam Əməkdaşlıq Təşkilatının iclaslarının gündəliyindədir.

4170807

captcha