IQNA

Hollandiyada Quranın təhqir olunmasına reaksiyalar

15:56 - September 25, 2023
Xəbər sayı: 3494786
AMSTERDAM (IQNA) – Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı ölkələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Hollandiyada bir ekstremist qrupun Qurani-Kərimə qarşı təhqirini kəskin şəkildə pisləyib.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, islami müqəddəsləri təhqir etməyə davam edən ifrat sağçı Pegida hərəkatının Hollandiya qoluna rəhbərlik edən Edvin Vaqensfeld şənbə günü Türkiyə, Pakistan, İndoneziya və Danimarkanın Haaqadakı səfirlikləri qarşısında Qurani-Kərimin nüsxələrini cırıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb: "İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin səfirlikləri, o cümlədən Niderlandın Haaqa şəhərindəki səfirliyimiz qarşısında hədəfə alınan mənfur hücumları qətiyyətlə pisləyirik".

Həmçinin BMT-nin dini nifrət və beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu təxribatlara qarşı bu hücumlara şahidlik edən ölkələrin tədbir görməsinin vaxtının gəldiyini vurğulayıb. O, Avropa ölkələrinin hakimiyyət orqanlarının ifadə azadlığı bəhanəsi ilə bu hərəkətlərinə göz yummasını pisləyib.

Səudiyyə Ərəbistanı və İordaniya verdiyi açıqlamalarda 23 Sentyabr 2023-cü il şənbə günü Hollandiyanın Haaqa şəhərində bir sıra səfirliklər qarşısında Qurani-Kərimin cırılması hadisəsini pisləyib.

İslam Əməkdaşlıq Təşkilatının Katibliyi də bu təşkilata üzv olan bəzi ölkələrin Niderlanddakı səfirlikləri qarşısında həyata keçirilən təxribat xarakterli Qurani-Kərimi təhqir edən aktı kəskin şəkildə pisləyib.

Sözügedən təşkilat söz azadlığı adı altında Qurani-Kərimi və digər müqəddəs kitabları, İslam və digər dinlərin dəyər və rəmzlərini təhqir etmək cəhdlərini pisləyib. Həmçinin bunu beynəlxalq mülki və siyasi hüquqlar müqavilələrinin ruhuna zidd hesab edib.

4170951

captcha