IQNA

İslam Əməkdaşlıq Təşkilatı: "İsrailin xəstəxanaya hücumu təşkilatlanmış dövlət terrorudur"

22:01 - October 18, 2023
Xəbər sayı: 3494884
CİDDƏ (İQNA) – İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan Əl-Əhli Baptist Xəstəxanasına hücumunu “mütəşəkkil dövlət terroru” kimi qiymətləndirib.

"İQNA", xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatından (İƏT) edilən yazılı açıqlamada, "İsrailin Qəzzada xəstəxananı hədəf alan dəhşətli qətliamı" ən sərt ifadələrlə pislənilib və bunun "insanlığa qarşı cinayət" və "müharibə cinayəti" olduğu qeyd edilib.

“Bu cinayət məsuliyyətə və cəzaya layiq olan mütəşəkkil dövlət terrorizmidir”. Bəyanatda İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə son qoyulması və Fələstin xalqına beynəlxalq müdafiənin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətdən təcili müdaxilə tələb olunub.

     Xatırladaq ki, İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində şəhid olanların sayının 500-ə yüksəldiyi bildirilib.

captcha