IQNA

Hollandiyada Quranı yandırmaq cəhdi etirazlara səbəb olub

8:01 - January 15, 2024
Xəbər sayı: 3495301
İQNA - Hollandiyada ifrat sağçıların Quranı yandırmaq cəhdinə qarşı keçirilən etiraz aksiyasında nümayişçilərə polis müdaxilə edib.

Hollandiyanın şərqindəki Arnhem şəhərində ifrat sağçı ekstremistlərin əvvəlcədən icazə aldıqları Quranın yandırılmasına qarşı keçirilən şiddətli etirazlara polis müdaxilə edib.

Məsələ ilə bağlı açıqlama verən Arnhem Polisi, Hollandiyada "Qərbin İslamlaşmasına Qarşı Avropa Patriotları (Pegida)" adlı ifrat sağçı təşkilatın rəhbəri Edvin Vaqensveldin Arnhem şəhər mərkəzində şənbə günü Qurani-Kərimi yandırmağa çalışdığını bildirib. Polis bu hərəkətə qarşı çıxan nümayişçilərin Pegidanın hərəkətinin qarşısını almağa çalışdığını, nümayişçilərdən bəzilərinin zorakılığa keçərək atəşfəşanlıq və daşla polisə hücum etdiyini bildirib. Hadisələrə polis müdaxilə edərək, Pegidanın təşkil etdiyi Quran yandırma aksiyasında 3 nəfərin saxlanıldığını, təxminən 10 nəfərin də Quranı yandırmada iştirak etdiyini bildirib.

Hollandiyada Quranı yandırmaq cinayət hesab edilmir və qadağan deyil. Arnhem Bələdiyyə Başçısı Əhməd Markuş Hollandiyanın ANP xəbər agentliyinə verdiyi açıqlamada Quran yandırma aksiyası üçün əvvəlcədən müraciət edildiyini və aksiyaya icazə verildiyini bildirib. "Mən müqəddəs kitabın yandırılmasının doğurduğu kədər və emosiyaları başa düşürəm. Bununla belə, zorakılıq qəbuledilməzdir", - deyə Markuç bildirib.

Mərkəzi ofisi Almaniyanın Drezden şəhərində yerləşən Pegida-nın Hollandiya bölməsinin rəhbəri Vaqensveld keçmişdə müsəlmanları təhqir etməkdə təqsirli bilinib və əvvəlki illərdə Qurana qarşı hücumlar təşkil edib. Ötən il Vaqensveldin hərəkətlərinə qarşı Türkiyə, İran və Pakistanda etiraz aksiyaları keçirilib.

Mənbə: DW

captcha