IQNA

Hollandiyalı müsəlmanlar Quranı pulsuz paylayıblar

9:27 - January 25, 2024
Xəbər sayı: 3495365
İQNA – Hollandiya müsəlmanları ifrat sağçı bir qrup tərəfindən Quranı təhqir etmək cəhdinin uğursuzluğundan sonra Qurani-Kərimin pulsuz nüsxələrini payladılar.

Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar və ya PEGİDA kimi tanınan ekstremist qruplaşmanın Hollandiya qolu liderinin Quranı yandırmaq cəhdi ötən həftə baş verib.

Daha sonra Hollandiyadakı müsəlmanlar, Quranın yüzlərlə nüsxəsinin yayılmasını təmin edərək, əla cavab vermək üçün əməkdaşlıq etdilər.

Kampaniyanın arxasında duran iki təşkilat olan Daliel və Waaromislam birgə mətbuat açıqlamasında; “gündəlik həyatda ahəngdar birgəyaşayışın təbliği” ilə yanaşı, yandırmaq əvəzinə oxumağın vacibliyini ifadə ediblər.​

Teqlər: hollandiya ، müsəlmanlar ، quran ، İslam
captcha