IQNA

Səudiyyə Ərəbistanında korlar üçün elektron Brayl Quranı hazırlanır

5:15 - March 26, 2024
Xəbər sayı: 3495690
İQNA – Səudiyyə Ərəbistanının Məscidül-Haram və Məscidün-Nəbi İdarəsi müqəddəs Ramazan ayında korlar üçün elektron Brayl əlifbası ilə Qurani-Kərimlərin veriləcəyini açıqlayıb.

"İQNA"-nın "Acil" elektron qəzetinə istinadən verdiyi məlumata görə, ibadətləri asanlaşdırmaq və geniş ictimaiyyət üçün maarifləndirmə işlərinin bir hissəsi olaraq, Məscidül-Həram və Məscidün-Nəbinin dini işlər şöbəsi zairlərə xidmət etmək üçün yeni təşəbbüsə başladığını elan edib. O xidmətlərdən biri də korlar üçün Quranın Brayl əlifbası ilə elektron versiyasının təqdim olunmasıdır.

Hərəmin Brayl əlifbası ilə elektron Quranların verilməsi korlar üçün Quranın oxunmasını asanlaşdırır və onlara müxtəlif surələri, səhifələri və bölmələri asanlıqla müəyyən etməyə imkan verir.

İki nəfərlik əlil arabası və nəqliyyat vasitəsi kimi xidmətlər təqdim edərək əlillərin ehtiyaclarını qarşılamaq üçün davamlı olaraq çalışan Məscidül-Həram və Məscidün-Nəbi Dini İşlər İdarəsi iki hədəflə Brayl əlifbası ilə elektron Quran hazırlayıb:

  1. 1. Mübarək Ramazan ayında zəvvarlar, ümrə zəvvarları və kor ibadət edənlər üçün Qurani-Kərimin ayələrinin oxunması və üzərində düşünməyin asanlaşdırılması.
  2. 2. Statik mətnlərin elektron şəkildə formalaşan animasiya mətnlərinə çevrilməsi görmə qabiliyyəti zəif olan insanların əlçatan bir şəkildə səhifələrə və ayələrə asanlıqla daxil olmasına şərait yaradır.

Elektron brayl əlifbası görmə qabiliyyəti zəif olanlara və kor insanlara Qurani-Kərimi kağız Brayl əlifbası ilə yazılmış Quranların böyüklüyündən yaranan əvvəlki problemlər olmadan Quranı oxumağa imkan verir. Kağız Brayl əlifbası ilə yazılmış Quranların həcmi bəzən altı cildə çatır və onları köçürmək çətinliklərlə əlaqələndirilir.

4207052

captcha