IQNA

Sionistlər 800 illik tarixi məscidi dağıdıblar

6:52 - April 15, 2024
Xəbər sayı: 3495788
İQNA – Qəzza zolağında tarixi yerləri dağıtmağa davam edən sionist rejim Qəzzənin şərqində yerləşən 800 illik tarixi “Şeyx Zəkəriyyə” məscidini də dağıdıb.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, sionist rejim ordusu cümə günü, aprelin 12-də Qəzzənin şərqini bombalayıb və Derc bölgəsindəki tarixi Şeyx Zəkəriyyə məscidini dağıdıb.

Sionist rejim bu hərəkəti Qəzzə müharibəsində tarixi yerləri dağıtmaq siyasətləri çərçivəsində həyata keçirib və ərazinin bombalanması nəticəsində məscid və onun ətrafındakı evlər dağıdılıb.

Şeyx Zəkəriyyə Məscidi Qəzza şəhərinin ən qədim məscidlərindən biridir və onun yaranma tarixi haqqında heç bir məlumat yoxdur. Lakin hicri 749-cu ilin Səfər ayında vəfat etmiş Suriya müftilərindən Şeyx “Zəkəriyyə Əl-Tədmari” adlı şəxs məsciddə dəfn edilib. Sonralar bu məscidə Şeyx Zəkəriyyə adı verilib. Bu, sözügedən məscidin 8-ci əsrin birinci yarısında tikildiyini göstərir.

4210101

captcha