Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Sultanayevo kəndində yeni məscid açılıb.
Adıçəkilən kənddə 1920-ci ilədək məscid olub. Sovet hakimiyyətinin gəlişi ilə məscidin minarəsi dağıdılıb, məscidin özü isə kənd “mədəniyyət mərkəzinə” çevrilib.
2016-cı ildə kənd sakinləri yeni məscidin inşası təşəbbüsü ilə çıxış ediblər. Nəticədə 5 il öncə yeni məscidin təməli qoyulub, lakin tikinti bununla da dayanıb.
Amma bu il məscidin inşası ideyası yenidən canlanıb və cəmi 19 gün ərzində məscid tam şəkildə inşa edilib. /Shafaqna